"Liverpul"dan ayrıldı, "Seltik"ə keçir

"Liverpul"dan ayrıldı, "Seltik"ə keçir
DÜNYA FUTBOLU 23 İyul 2016 / 16:47 6755
-  A +

Ötən mövsümün sonunda "Liverpul"dan ayrılan müdafiəçi Kolo Ture karyerasını Şotlandiya çempionatında davam etdirəcək.

Qol.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 35 yaşlı futbolçu "Seltik"lə razılığa gəlib.

Fil Dişi Sahili yığmasının sabiq müdafiəçisi tibbi müayinədən keçdikdək sonra Şotlandiya klubu ilə rəsmi müqavilə imzalayacaq. Hələlik müqavilənin müddəti məlum deyil.

Qeyd edək ki, 2013-cü ildə "Mançester Siti"dən "Liverpul"a transfer olunan Ture bu komandanın heyətində 74 oyun keçirib və 1 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner