"Trabzonspor" "Lokomotiv"in futbolçusunu aldı

"Trabzonspor" "Lokomotiv"in futbolçusunu aldı
DÜNYA FUTBOLU 23 İyul 2016 / 13:17 6804
-  A +

"Trabzonspor" yeni mövsüm öncəsi heyətini gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə təmsilçisi Moskva "Lokomotiv"indən Yan Duritsanı transfer edib.

Slovakiya millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb. 31 yaşlı müdafiəçinin maaşı da bəlli olub. O, "Trabzonspor"da ilinə 1,3 milyon avro qazanacaq.

Qeyd edək ki, 2009-cu ildən "Lokomotiv"də çıxış edən Duritsa Slovakiya millisinin heyətində 84 oyun keçirib və 4 qol vurub.

Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner