Futzal millimizin yarımfinaldakı rəqibi bu gün bəlli olacaq

XƏBƏR 26 Yanvar 2010 / 11:40 2199
-  A +

Futzal üzrə Avropa çempionatının yarımfinalına vəsiqə qazanmış Azərbaycan milli komandasının rəqibi bu gün müəyyənləşəcək. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin rəqibi Serbiya – Portuqaliya cütlüyünün qalibi olacaq. Bu komandalar arasında 1/4 final mərhələsi çərçivəsində oyun bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Xatırladaq ki, yarımfinal oyunları yanvarın 28-də keçiriləcək.

Qarabağ FK
Son xəbərlər
topaz banner