"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadzenin müsahibəsi
- Komandanın hazırlıq planı necə gedir?
- Çox işləyirik, Premyer Liqaya ciddi hazirlaşırıq. Futbolçular yoxlama oyunlarına demək olar ki, yorğun çıxır. Təlim-məşq toplanışı olduğu üçün, bu, belə də olmalıdır. Məşqlər və oyunlar çox olmalıdır ki, çempionata da ciddi hazırlaşa bilək.
- “Krivbass”la oyun barəsində nə deyə bilərsiniz?
- Aydın məsələdir ki, komanda məğlub olubsa, demək narazılıq da var, səhvlər üzərində işləmək lazımdır. Oyunun ikinci hissəsində əsasən gənclərə şans verdim, amma çox təəssüf ki, onlar etimadımı tam doğrulda bilmədilər. Əgər “İnter” kimi komandada oynayırsansa, ürəklə oynamalısan, özünü tamamilə oyuna verməlisən.
- Komandada yeni futbolçu varmı?
- Təbii ki, baxışda yeni futbolçular var. Hal-hazırda cinah müdafiəçisini baxışdan keçiririk. Hələ ki, fikrimi qətiləşdirməmişəm, seçim aparırıq. Çempionatın başlamasına çox az vaxt qalıb. Dünən daha 2 oyunçunu baxışdan keçirdik. Biri litvalı, digəri isə paraqvaylıdı. Sol müdafiəçisi mövqeyində çıxış edən paraqvaylı futbolçunu “Krivbass”la oyunda sınadıq. Düzünü deyim ki, oyunu çox da xoşuma gəlmədi. İkinci hissədə isə litvalı müdafiəçiyə şans verdim. O, artıq bizimlə bir həftədir ki, məşq edir. Onun oyununa yenə baxacam, ola bilər ki, onunla müqavilə imzaladıq. Paraqvaylı futbolçu isə geri göndəriləcək. Bizə daha səviyyəli futbolçular lazımdır ki, komandamıza güc qatsınlar. Daha bir neçə futbolçunun baxışa gəlməsi gözlənilir. Fikirləşirəm ki, düzgün seçim etsək güclənəcəyik. Qarşıda daha 3 yoxlama oyunumuz var. Qazaxıstanın yüksək dəstəsində çıxış edən “Ordobasi”, Sloveniyanın “Koper” və Ukraynanın “Zakarpatye” klubları ilə qarşılaşacağıq. Baxışa gələn futbolçular haqqında yekun qərarı məhz bu oyunlardan sonra verəcəm.
Mənbə: pfl.az
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video