Arda "Barsa"dan gedir? – meneceri açıqladı

Arda "Barsa"dan gedir? – meneceri açıqladı
DÜNYA FUTBOLU 14 İyul 2016 / 10:30 12918
-  A +

Əhməd Bulut meneceri olduğu Arda Turanın "Barselona"dan ayrılacağı iddialarına cavab verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçinin Kataloniya klubunda oynamağa davam edəcəyini deyib:

"Ardaya marağın olması normaldır. Ancaq "Barselona"dan ayrılacağı ilə bağlı xəbərlər doğru deyil. O, Kataloniya klubunda xoşbəxtdir".

Qeyd edək ki, "Barsa"nın Ardanı transferə çıxardığı iddia edilirdi. Onunla "Arsenal", "Fənərbaxça" və "Borussiya" (Dortmund) klubları yaxından maraqlanır.


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner