AFFA prezidenti Yozef Blatterlə görüşdü

AFFA prezidenti Yozef Blatterlə görüşdü
XƏBƏR 23 Yanvar 2010 / 12:46 1845
-  A +

Bu gün Rusiyanın paytaxtı Moskva şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görəı, görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində son illər həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Sonra 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatının, eləcə də 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsi oyunlarına AFFA-nın ev sahibliyi etmək təklifi bir daha müzakirə olunub. Bununla bağlı hazırlanan videoçarx nümayiş etdirilib və müvafiq sənədlərin toplanaraq beynəlxalq futbol qurumuna təqdim olunması qərara alınıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...