Zaqatalanın “Simurq” klubundan ayrılaraq “İnter”ə keçən Rauf Mehdiyev Qol.Az saytına müsahibə verib
- İlk öncə istərdim yeni klubun “İnter”ə transferin barəsində danışaq.
- “İnter”lə bərabər bir neçə kluba keçə bilərdim. Lakin sonda düşünüb “İnter” variantını seçdim. Bu komanda ilə uğur qazanacağıma əminəm.
- Daha hansı klublar səninlə maraqlanıb?
- “Standard”a keçmək variantım var idi. Danışıqlar aparsaq da, sonda “İnter”ə üstünlük verdim.
- Komandan son iki yoxlama görüşlərində qalib gəldi. Bu oyunlarda iştirak etdin?
- Mən “İnter”ə zədədən sonra gəlmişdim. Demək olar üç ay idi ki, yalnız müalicə alırdım. Baş məşqçi bu səbəbdən məni yoldaşlıq görüşlərində oynatmır. Hələ ki, özümü oyunlara hazır saymıram. Şükür Allaha ki, artıq düzəlirəm və qarşıdakı matçlarda iştirak etməyi düşünürəm.
- “İnter”də səndən savayı daha üç qapıçı var. Bu, səni rəqabət aparmağa qorxutmur ki?
- Xeyr. Əslində rəqabətin olmağı gözəl bir şeydir. Bu, hamımızın xeyrinədir. Mən “İnter”dəki qapıçıları zəif saymıram. Amma rəqabətdən qorxmuram. Çalışacam ki, əsas heyətdə öz yerimi möhkəmlədim.
- Baş məşqçi Sxadadze ilə söhbətin olubmu? Sənə əsas heyətdə oynamağa şans verəcəkmi?
- Belə bir xüsusi söhbətim olmayıb. Heyətə düşmək mənim özümdən asılıdır. Əgər yaxşı formada olsam, niyə də mənə şans verməsinlər?
- Sən zədələnən zaman bəziləri “Rauf Mehdiyev futbolu bitirdi” söylədilər. ..
- Mənim bu zədədən qurtulacağıma inamım böyük idi. Allahın köməkliyi ilə zədəmi sağalda bildim. Çətin də olsa, yavaş-yavaş forma yığmağa çalışıram.
- “İnter”in builki çempionluq yarışında durumunu necə görürsən?
- Bir qədər çətin olacaq bizim üçün. Amma nə qədər də çətin olsa belə, “İnter” həmişə çempionluğa oynayan komanda olub. Çalışacağıq ki, bu il də çempion biz olaq.
- Bu yarışda əsas rəqib olaraq özünüzə hansı komandanı görürsən?
- Bilirsiz, əslində “altılığ”a düşən bütün komandalar qalib adını qazana bilər. Bu mənada, bütün komandaları ciddi rəqib olaraq qəbul edirik.
- Sonda. Vaqif Cavadovla Mahir Şükürov karyelarını xaricdə davam etdirəcəklər. Sən bu xəbəri necə qarşıladın?
- Onların əvəzindən çox sevindim. Mən inanıram ki, hər ikisi vətənimizi layiqincə təmsil edəcək. Hər ikisi xaricdə oynamağa layiq futbolçulardır.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı