"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Zirə"yə 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra müsahibəsi
- Komandada hansı cəhətdən çatışmazlıqlar var?
- Əlbəttə, çatışmayan cəhətlərimiz var. İndi elə bir dönəmdir ki, mütləq çatışmazlıqlar olacaq. Düşünürəm ki, bir neçə oyun müəyyən çatışmazlıqları hiss edəcəyik. Hər hansı bir formada bunu aradan qaldırmağa çalışacağıq. Ümumi durum isə pis deyil.
- Əsas narazılığınız nədəndir?
- Bu gün üçün ümumi narazılığım var. Futbolçuların həm fiziki hazırlığı, həm texniki-taktiki hazırlığı normal deyil. Futbolçu öz formasını tam bərpa etmədikdə səhvlər çox olur. Ayrı-ayrı oyunçuların səhvləri komanda şəkilində təsir edir. Ancaq buna normal baxıram. Əsası odur ki, futbolçular bunu dərk edirlər. Bəzi səhvlər və top itkiləri normaldır. Bu həftə məşqlərimizi sırf yarış tipində keçirəcəyik və tam fərqli bir sistemdə çalışacağıq. Düşünürəm ki, "Düdelanj”la oyuna kimi futbolçuların durumu daha da yaxşılaşacaq.
- Bu mərhələdə yoxlama oyunları və fiziki yükləmələr futbolçularda yorğunluq yarada bilər. Bu narahatçılıq sizdə varmı?
- Narahatçılığımız daha çox bu məqamlardandır. Futbolçu belə anlarda psixoloji cəhətdən hazır olmalıdır. Bu dəqiqə psixoloji hazlırlıq cəhətdən daha çox çalışmalıyıq və bunun üzərində işləyirik.
- Ansi Aqolli Fransada təşkil olunan Avropa çempionatından birbaşa "Qarabağ”ın düşərgəsinə qoşulub. Onun üçün istirahət etməməyin hər-hansı bir problemi yoxdur?
- Ansi peşəkar futbolçudur və hər şeyi gözəl dərk eləyir. İlk günlərdə müəyyən qədər yorğunluq hiss olundu və Avropa çempionatının möhtəşəm ab havasından ayrılmaqda çətinlik çəkdi, amma indi hər şey öz qaydasındadır. Ansi "Zirə” ilə oyunda özünü yaxşı tərəfdən göstərdi və sübut etdi ki, Çempionlar Liqası turnirinə hazırlaşır.
- Çempionlar Liqasının qrup mərhələsini hədəfləyən komanda üçün belə hücum xətti yetərlidirmi?
- Bəlkə hücum xəttimiz bu günə kimi yetərli olub. Dəfələrlə demişəm ki, hücumçu axtarırıq. Hətta 2 hücumçu ilə güclənməyimizi çox istəyirəm. Böyük turnirlərdə əlimdə bir yox, daha çox oyunçunun olması əlavə üstünlükdür. Əfsuslar olsun ki, biz bu gün bunu əldə edə bilmirik. Bəzi danışıqlar və axtarışlar davam edir. Bizdən asılı olmayan nüanslar var.
- Nüanslar bizim çempionatın zəif olması ilə əlaqədardır, maddiyyat mane olur, yoxsa istədiyiniz hücumçunu tapa bilmirsiniz?
- Yox, burda çempionatın heç bir rolu yoxdur. İndi Avropada da bəzi ölkələrdə durum çox yaxşı deyil. Bəzən elə anlar olur ki, klubu nəzərə almalıyıq. 100 faiz hazır olan futbolçunu komandaya gətirməyə çalışmalıyıq. Bu günə kimi səhvlərimiz də, qüsurlarımız da olub. Bundan sonra çalışırıq ki, səhvlər etməyək. Çünki bizim digər klublar kimi böyük büdcəmiz yoxdur. Buna görə doğru qərar verməyə çalışırıq.
- Bəzi mütəxəssilər və media mənsubları "Qarabağ”ı artıq üçüncü mərhələdə görürlər. Bu, sizin işinizə problem yaradırmı?
- Bu, həmişə bizim işimizə problem yaradır. Biz buna normal baxırıq və bütün fikirləri normal qarşılayırıq. Dəfələrlə demişəm ki, ilk oyun mənim üçün digərlərindən daha vacib və çətindir. Çünki futbolçuların tam hazır olması və oyuna köklənməsi vacibdir. Belə məsələlər fikir vermirik və bu məsələləri normal qəbul etməliyik.
- İbrahim Sehiçi əvəzləyəcək gücdə olan qapıçınız yoxdur. Bu məqam sizi narahat edirmi?
- Axtarışdayıq. Planımızda belə bir şey var. Çalışırıq, daha bir qapıçı komandamıza cəlb edək.
- Milli komandamızın iki qapçısı hal-hazırda klubsuzdur. Aqil Məmmədov və Kamran Ağayevlə danışıqnız olub?
-Dediyim kimi, hücumçu və qapıçı axtarışındayıq. Çalışırıq ki, bu futbolçuları tez bir zamanda komandamıza cəlb edə bilək. Ancaq Aqil Məmmədov və Kamran Ağayevin adı hazırda transfer siyahımızda yoxdur.
Mənbə: Newsport.az
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı