“Milan” çinlilərə satıldı

“Milan” çinlilərə satıldı
DÜNYA FUTBOLU 5 İyul 2016 / 15:56 7045
-  A +

İtaliyanın  “Milan” klubunun səhmlərinin böyük bir hissəsi - 80 faizi satılıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə  klub prezidenti Silvio Berluskoni açıqlama verib.

O, bu addımla “Milan”ın əvvəlki gücünü qaytaracaqlarına inandığını deyib: “Mən klubun idarəçiliyini çinli sponsora həvale etdim. Onlar “Milan”ın əvvəlki əzəmətini qaytara bilər. Şərtimizə görə, onlar qarşıdakı iki il ərzində transferlər üçün 400 milyon avro ayıracaq. Klubun bütün idarəçiləri çinli olacaq". 

Adı açıqlanmayan Çin şirkətinin “Milan”ın səhmlərinin 80 faizi üçün 750 milyon avro ödədiyi bildirilir.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner