“Son dörd ilə baxış oldu. Çətin də olsa, çempionat yüksək səviyyədə keçirilib. Ən əsası da, hakimlik yüksək səviyyədə olub. Bu gün PFL-ə lazımi tövsiyyələrimi verdim”.
Qol.az-ın məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
AFFA rəhbəri Peşəkar Futbol Liqasına prezident seçkilərindən sonra təşkil olunan mətbuat konfransında fikirlərini bildirib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
“May ayında 8 klubumuzun iştirakı ilə Qəbələdə elitar turnir təşkil edəcəyik. Bilirsiniz ki, I divizionu gücləndirmək niyyətindəyik. AFFA-nın İcraiyyə Komitəsinin qərarı oldu ki, ən azından 4 klub lisenziyanın tələblərinə cavab versin. Düşünürəm ki, gələn mövsümdən 10 komanda Premyer Liqada iştirak edəcək.
- PFL prezidenti vəzifəsinə başqa namizəd olacağını gözləyirdiniz?
- Gözləyirdim. Ancaq PFL prezidenti olmaq heç də asan iş deyil. Ona görə də heç kim namizədliyini irəli sürmədi. Əsas odur ki, klublarımız tarixi ərzində ilk dəfə avrokuboklarda birinci mərhələdə belə yaxşı nəticə göstərdi. Buna sevinməyə bilmərik. Ümid edirəm ki, komandalarımız bu zəfər yürüşlərini yenə də davam etdirəcək.
- Az əvvəl hakimlər barədə danışdınız. Ancaq bu yay və ötən qış hakimlərimiz təlim-məşq toplanışı üçün ölkə xaricinə çıxa bilmədi. Bu, nə ilə əlaqədardı?
- Hazırda bu yöndə müəyyən işlər gedir və hakimlərimiz Bolqarıstana getməyə hazırlaşır. Antalyanı seçməməyimizə səbəb həmin vaxt Türkiyəyə komandaların getməməsidir.
- Ötən mövsüm bir çox biabırçı hakim səhvləri gördük. AFFA prezidentliyinə də seçki oldu, PFL prezidentiliyinə də. Bəs, Hakimlər Komitəsində seçkilər nə vaxt olacaq?
- Avropa çepionatında da hakim səhvləri olub. İndi Xaqani Məmmədovu öldürək? Hakimlərimizə ciddi nəzarət var. Ancaq bir məqam var və ona diqqətimizi yönəltmək istəyirəm. Qanunvericilikdə mərc oyunları ilə bağlı qayda pozuntuları var. Bütün bu səhvləri aradan qaldırmaq istəyirik.
- Dövlət Proqramının vaxtı bitib. Yeni proqram hazırlanacaqmı?
- Proqram hazırlamışıq. 2020-2025-ci ilə qədərki qısa proqram olacaq. Futbol tarixində ən vacibi 2020-ci ildi.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi