Ramal Hüseynov: "Bakı"ya qayıtmaq ehtimalım var idi"

Ramal Hüseynov: "Bakı"ya qayıtmaq ehtimalım var idi"
XƏBƏR 22 Yanvar 2010 / 12:27 2447
-  A +

Azərbaycan millisinin sabiq üzvü Ramal Hüseynov karyerasını böyük ehtimalla Azərbaycanda davam etdirəcək. Qol.Az-ın "Çempion" qəzetinə istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi Türkiyənin “Bank Asiya” birinci liqasının klublarından gələn ilkin təklifləri geri qaytarıb. Buna səbəb onun Azərbaycanda qalıb, Böyükağa Hacıyevli “Standard”a kömək etmək istəməsidir: “Təkliflər vardı. Düzü, “Bank Asiya”dan 4-5 klub mənimlə maraqlanırdı. Danışıqlar bu gün də davam edir, hələ “transfer pəncərəsi”nin bağlanmasına vaxt var, ola bilsin ki, Türkiyəyə gedim. Amma çıxılmaz vəziyyətdə qalmışam. Böyükağa Hacıyev gələndən sonra “Standard”a münasibətim xeyli dəyişib. Hacıyeb burada mehriban kollektiv formalaşdırıb və heç yerə getmək istəmirəm. Lakin dediyim kimi danışıqlar gedir. Hərtərəfli imkanı olan əcnəbi kluba keçidim mümkündür. Azərbaycan klublarından da dəvətlər gəlirdi. Hətta “Bakı”ya qayıtmaq ehtimalım meydana çıxmışdı. Bu barədə Tunc Avşarla söhbətim də olmuşdu. Lakin yenə Böyükağa Hacıyev amilini əsas götürüb, Sumqayıt klubunda qaldım. Komandanın vəziyyəti elə də yaxşı deyil”.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...