Rayan Giqqz "Mançester Yunayted"dən getdi!

Rayan Giqqz "Mançester Yunayted"dən getdi!
DÜNYA FUTBOLU 2 İyul 2016 / 18:00 6425
-  A +

“Mançester Yunayted”in canlı əfsanəsi Rayan Giqqz komandasını tərk edib.

Qol.az-ın xəbərinə görə, yerli mətbuata açıqlamasında bu barədə o özü məlumat verib.

Uelsli məşqçi deyib: “Mançester Yunayted” 14 yaşımdan indiyə kimi həyatımın ayrılmaz parçası olub. Ayrılmaq qərarı vermək mənim üçün çox çətin idi”.

Qeyd edək ki, Giqqz 23 il futbolçu kimi “MY”ın şərəfini qoruyub. O, bu müddətdə “qırmızı şeytanlar”la 13 dəfə Premyer Liqanın qalibi olub, 4 dəfə Federasiya kubokunu, 2 dəfə isə Çempionlar Liqasını qazanıb. 42 yaşlı mütəxəssis 2013-cü ildən  "MY"də məşqçi işləyirdi. O, bu müddətdə David Moyes və Lui van Qalın köməkçisi olub. Giqqzin yeni baş məşqçi Joze Mourinyo ilə çalışmaq istəmədiyi üçün komandadan getdiyi iddia olunur.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner