Sneyder məşqdə niyə iştirak etmədi?

Sneyder məşqdə niyə iştirak etmədi?
DÜNYA FUTBOLU 2 İyul 2016 / 12:10 5333
-  A +

Uesli Sneyderin "Qalatasaray"ın  yeni mövsüm öncəsi ilk məşqində iştirak etməməsinin səbəbi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçinin oğlunun vəftiz mərasimi səbəbindən məşqə getmədiyi məlum olub.

U.Sneyderin bununla bağlı klubun baş məşqçisinə məlumat verdiyi bildirilib. Buna baxmayaraq, klubun rəhbərliyi oyunçunun bu addımından narazı qaldığı və İstanbulda olmadığı hər gün üçün onu 10 min avro ilə cəzalandıracağı iddia edilir.

Qeyd edək ki, U.Sneyderin iyulun 7-i İstanbula gedərək məşqlərə qatılacağı gözlənilir.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner