Ağdamın “Qarabağ” komandasından Hollandiya “Tvente”sinə transfer olan Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov hələ də yeni klubunun düşərgəsinə yollana bilmir. Bu barədə 21 yaşlı hücumçunun atası, veteran futbolçu Füzuli Cavadov məlumat verib. Onun sözlərinə görə, səfərin ləngiməsi hələ də Hollandiyaya gediş üçün işçi vizasının açılmaması ilə bağlıdır: “Artıq “Tvente” rəhbərliyi Vaqif Cavadova 4 illik viza verilməsi xahişi ilə Hollandiyanın Daxili İşlər Nazirliyinə müraciət edib. Hollandiya tərəfi də Azərbaycan Daxili İşlər Nazirliyinə müvafiq məktubu yolladıqdan sonra Vaqifin səfəri baş tutacaq. Amma hələ ki, nazirliyimizə məktub gəlməyib”. “Tvente” Hollandiya çempionatında növbəti oyununu yanvarın 24-ü səfərdə “Qroningen”ə qarşı keçirəcək. Atası Vaqif Cavadovun həmin oyunda iştirakının da baş tutmayacağını bildirib. Hələliksə, yığmamızın futbolçusu “Qarabağ”ın əvəzedici heyəti ilə məşq edir. Əsas heyət üzvləri isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısındadır: “Vaqif formasını qorumaq üçün “Qarabağ”ın əvəzedici heyət üzvləri ilə birgə hazırlaşır. Eyni zamanda, səhərlər dəniz qırağında qaçırıq”.
Mənbə: lent.az
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər