Del Boske futboldan gedir

Del Boske futboldan gedir
DÜNYA FUTBOLU 1 İyul 2016 / 09:40 4886
-  A +

Visente del Boske baş məşqçisi olduğu İspaniya millisindən iyulun 31-i ayrılacaq.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib:

"Yığma ilə müqaviləm iyulun 31-i başa çatır. Bundan sonra İspaniya millisindən ayrılacam. Bu qərarımı Avropa çempionatındakı nəticəyə görə verməmişəm. İspaniya millisini və futbolu tərk edirəm".

Qeyd edək ki, 65 yaşlı Del Boske 2008-ci ildən İspaniya millisini çalışdırır.

Xatırladaq ki, İspaniya Avro-2016"nın 1/8 finalında İtaliyaya 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner