"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın"Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Gözlənilməz hesabla qələbə qazandınız...
- Belə hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldır ki, hesab belə oldu. Ancaq hesab hər şey demək deyil. Ümid edirəm ki, növbəti oyunlarda da belə nəticələr əldə edəcəyik.
- Komandanızın oyunu sizi nə dərəcədə qane etdi?
- Bu barədə danışmaq çətindir. Hesaba baxsaq, deyə bilərik ki, komanda yaxşı oyun göstərdi. Növbəti rəqiblərlə oyunlardan sonra bu barədə danışmaq daha asan olacaq.
- Kluba yeni cəlb olunmuş futbolçuların oyununu bəyəndinizmi?
- Mən şəxsən yeni transferləri bəyəndim. Yenə dəyirəm, onları da daha çətin sınaqlarda yoxlamaq lazımdır. Fikrimcə, pis çıxış etmədilər.
- Bu gün “Qəbələ”nin ən rahat oyununu izlədiniz...
- Bəli, ilk oyun rahat oldu.
- Yeni transferlər olacaqmı?
- Bir hücumçu axtarırıq və bu yaxınlarda transfer olacaq.
- İlkin təəssürat necədir, bu komanda daha güclü təsir bağışlayır, yoxsa ötənilki?
- Bunu demək çətindir. Hesab edirəm ki, ən azından ötənilkindən pis deyil. Ola bilsin, daha da yaxşıdır. Növbəti oyunlarda bunu görəcəyik.
- Komandanın qarşısına konkret hansı hədəf qoyulub?
- Hədəf həmişə daha irəli getmək və ötənilki nəticələrdən daha yaxşısını əldə etməkdir.
- “Qəbələ” ilə çıxdığı ilk rəsmi matçında het-trik edən Teo Uiksin çıxışını necə dəyərləndirirsiniz?
- Gözlənilməz idi. Ümumiyyətlə, 3 qol vurmağımız gözlənilməz idi, nəinki bir futbolçunun het-trik etməyi. Çox gözəl qollar idi.
- Ötən mövsümün sonunda “Qəbələ” bir qədər uğursuz çıxış etdi və sanki belə təəssürat yarandı ki, komandadan bir qədər incik düşmüsünüz. Komanda Avropada yenidən uğur qazanaraq həmin inamı qaytara bilərmi?
- Hədəflərimiz həmişə böyükdür. Ona görə də mən ötən mövsüm Azərbaycan çempionatında daha yaxşı nəticə gözləyirdim . Amma təəssüf ki, bu, belə olmadı. Ümid edirəm ki, bu oyunlarda uğurlarımız davamlı olacaq.
- Büdcənin artırılması gözlənilirmi?
- Xeyr, əksinə azalma baş verib. Büdcə artımından söhbət getmir.
- Bu, mövcüd maliyyə problemlərindən irəli gəlir?
- Bəli, əlbəttə maliyyə problemləri böyük rol oynayır. Hesab edirik ki, bir qədər qənaət etməklə də nəticə qazanmaq olar.
- Necə düşünürsünüz, maliyyənin azaldılması komandanın nəticə qazanmasında mənfi rol oynaya bilər?
- Əlbəttə, rol oynaya bilər. Amma biz maksimum çalışmışıq ki, düzgün transferlər edək. Bildiyiniz kimi, keçən il bəzi uğursuz transferlər etdik. Daha uğurlu transferlər etməklə bunu neytrallaşdırmaq istəyirik.
- Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərirmi ki, “Qəbələ” artıq öz yetirmələrinə daha çox güvənəcək?
- Məşqçinin qarşısına hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları və akademiya yetirmələrini oynatsın. Bu gün də onun şahidi olduq. Hədəf budur.
Məftun MAHİROĞLU
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi