Vəli Qasımov: "Daha çox qol vurmaq istəyirdik"

Vəli Qasımov: "Daha çox qol vurmaq istəyirdik"
ÖLKƏ FUTBOLU 1 İyul 2016 / 00:47 5367
-  A +

"Topa nəzarət daha çox bizim komandamızın tərəfində idi. Düzdür, ikinci hissədə bir az əziyyət çəkdik, amma istədiyimizə nail olduq".

Qol.az-ın məlumatına görə, "Neftçi”nin baş məşqçisi Vəli Qasımov Avropa Liqasının I təsnifat mərhələsində Maltada "Baltsan”a qalib gəldikləri oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

V.Qasımov bu görüşdə komandasının daha çox qol vurmaq istədiyini bildirib: "Rəqibin zəif və güclü tərəflərini bilirdik. Daha çox qol vurmaq istəyirdik, amma 2:0 hesablı qələbə də yaxşı nəticədir. Bununla belə, cavab oyununa da ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 7-də Bakıda keçiriləcək.

Daha çox


Son xəbərlər