"Qəbələ" üçün rahat rəqib idi" – Fariz Nəcəfov

"Qəbələ" üçün rahat rəqib idi" – Fariz Nəcəfov
ÖLKƏ FUTBOLU 1 İyul 2016 / 00:18 3972
-  A +

"Qəbələ" üçün rahat rəqib idi. Rəqib oynamağa imkan verdi. Transfer etdiyimiz futbolçular çox az vaxt ərzində məşqçinin dediklərini lazımınca yerinə yetirə bildilər".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia"ya qalib gəldikləri oyundan (5:1) sonra jurnalistlərə açıqlamasında deyib.

F.Nəcəfov yeni transferlərin komandaya tam uyğunlaşması üçün zamana ehtiyacları olduğunu bildirib: "Gürcüstandakı oyunda təhlükəsizliklə bağlı komandanın rəhbərliyi ilə danışıqlarımız olub. Səfər matçının da buradakı kimi sakit məcrada keçəcəyini düşünürəm. Növbəti mərhələyə adlamağımıza cavab oyununda aydınlıq gələcək. Növbəti mərhələdəki rəqibimiz də həmin gün bəlli olacaq. Növbəti rəqibə uyğun hazırlaşacağıq.

Əvvəldən transfer üçün müəyyənləşdirdiyimiz hücumçu var. Hələ ki, müəyyən razılıqlar əldə olunmayıb. İkinci mərhələyə qədər transfer reallaşa bilər. Birinci oyuna görə yeni transferlər haqda müsbət fikir bildirmək olar. Amma zamana buraxmaq lazımdır. Onlar komandaya tam uyğunlaşmalıdır. Çünki "Qəbələ" əyalət komandasıdır. Futbolçuların orada qalması, adaptasiya olmasına zaman lazımdır".

Daha çox


Son xəbərlər