Tale Heydərov: "Belə hesab gözləmirdik"

Tale Heydərov: "Belə hesab gözləmirdik"
ÖLKƏ FUTBOLU 1 İyul 2016 / 00:02 5487
-  A +

"Belə bir hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldır ki, böyük hesabla qalib gəldik. Lakin bu hesab hər şey demək deyil".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia"ya qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Gözəl oyun olduğunu bildirən T.Heydərov komandanın yeni transferlərini də bəyəndiyini vurğulayıb: "Ümumilikdə gözəl oyun oldu. Ümid edirik ki, gələn görüşlərdə də bu cür oyun göstərəcəyik. Yeni transferləri bəyəndim, lakin onları daha çətin sınaqda yoxlamaq lazımdır. Fikrimcə, pis transferlər deyil. Daha bir hücumçu axtarırıq. Bu yaxında onu da transfer edəcəyik".

Qeyd edək ki, "Qəbələ" - "Samtredia" oyunu 5:1 hesabı ilə "qırmızı-qaralar"ın xeyrinə başa çatıb. Bu komandalar arasında cavab görüşü iyulun 7-də Gürcüstanda keçiriləcək.

Daha çox


Son xəbərlər