Fransalı hücumçu rəsmən "Qəbələ"də

Fransalı hücumçu rəsmən "Qəbələ"də
ÖLKƏ FUTBOLU 29 İyun 2016 / 21:40 11154
-  A +

2016/2017-ci mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir futbolçu ilə heyətini gücləndirib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” fransalı hücumçu Baqali Dabonu transfer edib.

28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.

Qeyd edək ki, “Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu