Ukraynanın köklü klublarından olan “Dnepr” fəaliyyətini dayandıra bilər.
Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, klubun prezidenti İroq Kolomoyski “Dnepr”i maliyyələşdirməkdən imtina edib. Məlumatda bildirilir ki, bu səbəbdən bir neçə aydır futbolçuların maaşı ödənilmir, yaxın vaxtlarda isə klub Ukrayna çempionatını çıxışını dayandırdığını elan edəcək.
Məsələ ilə əlaqədar jurnalistlərə açıqlama verən “Dnepr”in baş direktoru Andrey Stetsenko bildirib ki, klub fəaliyyətini davam etdirəcək.
“Bəli, maaşlar verilmir. Miron Markeviç Lvova gedib. Futbolçular bir-bir klubu tərk edir. Amma “Dnepr” fəaliyyətini davam etdirəcək” – deyə o bildirib.
Qeyd edək ki, maliyyə problemləri səbəbindən aparıcı futbolçulardan Leo Matos, Yevgeni Şaxov, Dmitri Çiqrinski, Mateus, Duqlas və Anderson Piko “Dnepr”i tərk ediblər.
Xatırladaq ki, "Dnepr" 2014/15 mövsümündə Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olub.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi