"Kəpəz" əks hücumları daha yaxşı bacarır"
"Daçiya"nın ukraynalı futbolçusu Denis Kojanov Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda "Kəpəz"lə 0:0 bərabərə qaldıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- ''Kəpəz'' 16 il idi ki, avrokuboklarda oynamırdı. Rəqibdən belə oyun gözləyirdin?
- Əlbəttə, gözləyirdik ki, çətin oyun olacaq. "Kəpəz" əks hücumları daha yaxşı bacarır.
- Oyundan öncə deyilirdi ki, klub prezidenti və bir neçə oyunçunuz matça ciddi yanışmır.
- Biz hər oyuna ciddi yanaşırq. "Kəpəz" bizim üçün yaxşı rəqibdir.
Avroliqada zəif komanda yoxdur.
- Klub prezidenti Adlan Şişxanov niyə baş məşqçilik edir?
- Məşqlərdədə klub prezidenti də iştirak edir və o pis məşqçi deyil.
- "Kəpəz"in xeyli qol epizodları oldu...
- Komanda öz meydanında oynayırdı və daha çox qol epizodları yaratmaları normaldır. Ancaq şans bizim tərəfdə idi.
- Birinci hissədə komandan o qədər də yaxşı təsir bağışlamadı...
- Bəli, ilk hissədə oyunumuz yaxşı alınmasa da, ikinci hissədə daha yaxşı təsir bağışladıq.