Moldovanın "Daçiya" klubunun prezidenti Adlan Şişxanov Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz"lə (0:0) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiniz?
- Tam əzmkar oyun göstərdik. Belə oyunu gözləyirdik. İlk oyunda səfərdə heç-heçə nə yaxşı, nə də pis nəticədir.
- Baş məşqçi Oleq Bejenar bildirib ki, klub prezidenti heç-heçəni qəbul etmir. İndi isə heç-heçənin yaxşı nəticə olduğunu deyirsiniz...
- Mən demişəm ki, biz hər oyunda da qələbəyə oynayırıq. Bu dəfə səfər heç-heçəsi oldu. Bütün gücünü açıq-aşkar bu oyuna qoyan komandaya qarşı çıxış etdik. Rəqib komanda futbol üçün darıxmışdı. Rəqibi evimizdə gözləyirik. "Kəpəz"ə çempionatda uğurlar arzu edirik, amma cavab görüşündə uğur arzulaya bilmərəm.
- Siz klub prezidentisiniz, yoxsa baş məşqçi?
- Bunu məndən niyə soruşursunuz? Çünki mən belə oynayıram. Mənim komandam texniki zonada olduğum vaxt daha yaxşı çıxış edir. Meydana çıxmaq lazım gəlsə belə, bunu edərəm.
- Bu baş məşqçiyə hörmətsizlik deyil?
- Biz özümüzü kifayət qədər normal münasibətdə hiss edirik, söyüşmürük.
- Əvəzetmələri də özünüz edirsiniz?
- Siz məndən futbol barədə soruşursunuz? Mənim yaxşı komandam var və cavab görüşündə bunu sübut edəcəm.
- Cavab görüşündə qələbə qazanacağınıza nə dərəcədə əminsiniz?
- Bir daha deyirəm. Uzun müddət avrokuboklarda oynamayan rəqibdən fərqli olaraq biz hər il avrokuboklarda oynayırıq. Biz çox klubu məğlub etmişik. Onların arasında həm Rusiya, həm də Ukraynanın güclülər dəstəsinin təmsilçiləri olub. Gözəl anlayıram ki, "Kəpəz" öz imkanlarından artığını etdi. Cavab görüşü evimizdə olacaq. Gəlin həmin oyunu da keçək, sonra danışaq.
- Ötən mövsüm çıxış etməyən 5 futbolçunu start heyətində meydana buraxmışdınız. Bu nə ilə əlaqədardır?
- Hesab edirdik ki, bu bizə uğur gətirəcək.
Mənbə: Sportnet.az
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi