"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Moldovanın "Daçiya” klubu ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib.
O, əvvəlcə oyun barədə fikirlərini bölüşüb.
- Belə komanda ilə fəxr edirəm. 10 günə yığılan komandayıq. Xarakter göstərib bacarığını etdilər. Belə oyun üçün 4-5 qol vəziyyəti yaxşıdır. Komandamız hər gün inkişafdadır. 9 gün vaxtımız var. Daha yaxşı çıxış etmə şansımız var. "Daçiya" bizə temp verdi. Qrupa düşəcək komandadır. Hələ ki, şanslar yarıbayarıdır. Qol epizodları baxımından biz öndə idik. Amma nəticə hər iki komanda üçün ədalətlidir.
- Cavab oyununadək hər hansı mövqe üzərində işləmək lazımdır?
- Oyunu dəyişməyə qadir futbolçularımız var. Daha çox əvəzləmələr yox, taktiki dəyişiklik üzərində işləməliyik.
- Tural Qürbətov necə təsir bağışladı?
- Klubda hər bir səhv sənə baha başa gələ bilər. Qürbətov oyuna tam uyğunlaşmasa da, nə isə edə bilər.
- 60-cı dəqiqədə komandanız dayandı, sona 5 dəqiqə qalmış fəallaşdı...
- Orta sahə oyunçularının yorulması iş əmsalını sıfıra endirdi. Meydana sürətli oyunçular buraxdım.
- Klub prezidentinin baş məşqçi əvəzinə komandaya göstəriş verdiyini görmüsünüz?
- Yadınızdadırsa, bizdə də belə hallar çox olub. Bu, onların işləridir, daxili işlərinə qarışmaq istəmirəm.
- Oyun zamanı Adlan Şişxanovla aranızdakı epizod barədə nə deyə bilərsiniz?
- Başqa futbolçu olsaydı, bəlkə də dava edərdim. Sadəcə, o epizodda oğlum idi. Komandamla fəxr edirəm. Az büdcə, şəraitsizliklə başlarını aşağı salıb işləri ilə məşğuldurlar.
- Gəncədəki oyunda azarkeş rekordu qırsanız da, bu gün çox az şəxs var idi...
- Azarkeşlərimiz 400 km ac-susuz gəlib-gedirlərsə, onların qarşısında baş əyirik. Gəncədə olsaydı, komanda yatan vaxtı onları ayağa durğuzan ruh rolunu oynayardılar.
- Oyundan sonra tərif, yoxsa irad gözləyirsiniz?
- Hər ikisinə hazıram.
- "Daçiya"nın prezidenti Adlan Şişxanov "Kəpəz"i cavab görüşündə məğlub edəcəklərini bildirib. Buna münasibətiniz necədir?
- Fikirlərinə hörmətlə yanaşıram. İstəyirəm ki, arzularına çatmasınlar (Spoetnet.az).
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Prezident bu idmançılara mənzil hədiyyə etdi
İlham Əliyev ilin idman tədbirində - Yenilənib
“Belə olmaz, yerli məşqçilərə güvənməliyik”
Qurban Qurbanov bu ayrılığa razılıq vermədi
Millimizin sabiq futbolçusu Türkiyədə həbs olundu
Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?
Eks "Qarabağ"lı bu klubun baş məşqçisi oldu
Milli komandada yeni bombardir
"Araz-Naxçıvan" Elmar Baxşıyevi istefaya göndərdi - Rəsmi
İlin ən yaxşı futbol hakiminin adı açıqlandı
Alaba ilə müqavilə uzadılmayacaq
Alonsonun yerinə əsas namizəd odur
İngiltərə Premyer Liqasının ən yaxşı futbolçuları
Keçmiş federasiya prezidenti axtarışa verildi
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...