"Belə gözəl şəhərdə olmaq çox xoşdur. Bizi çətin oyun gözləyir. Nə baş verəcəyini sabah özünüz görəcəksiniz".
Qol.az-ın məlumatına görə, bu sözləri "Daçiya"nın baş məşqçisi Oleq Bejenar Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz"lə qarşılaşacaqları ilk oyundan öncə keçirilən mətbuat konfransında deyib.
- “Kəpəz” haqda nə bilirsiniz?
- Rəqibin bir-iki oyununa baxmışam. Fiziki cəhətdən yaxşıdırlar və hücum futbolu oynayan komandadır. Amma yenə də dəqiq heç nə deyə bilmərəm.
- “Kəpəz”in hansı oyunlarını izləmisiniz?
- - Çempionatdakı oyunlara baxmışam. Nümayəndələrimiz Gəncə təmsilçisininin bir-iki yoldaşlıq oyununu izləyib. “Kəpəz” güclü rəqibdir.
- Sabah heç-heçə sizi qane edəcək?
- Biz rəqibdən asılı olmayaraq, həmişə qələbə üçün oynayırıq. Yəni, bizi ancaq qələbə qane edəcək.
- Vaxtı ilə Azərbaycanda oynamış moldovalı futbolçulardan Vadim Borets və Aleksey Savinovdan "Kəpəz" haqda hər hansı məlumat əldə etmisiniz?
- Başqalarından soruşmuşam. Amma adını deməyəcəm. Sirrdir.
- Daha çox qafqazlılara oxşayırsınız?
- Xeyr, təəssüf ki, qafqazlı köklərim yoxdur. Təmiz moldovanam. Bolqar, ukraynalı köklərim var.
- Şəhərimizi bəyəndiniz?
- Bəli. Çox gözəldir. Azərbaycan inkişaf edir.
- Oyunun taleyini Bakıda, yoxsa Kişinyovda həll etmək istəyirsiz?
- Cütün taleyinə Kişinyovda aydınlıq gələcək.
- Heyəti müəyyənləşdirmisiniz?
- Bəli. Amma deyə bilmərəm.
- “Kəpəz”dən çəkindiyiniz üçün açıqlamırsınız, yoxsa başqa səbəbi var?
- Xeyr. Biz rəqibdən qorxmuruq. Qoy “Kəpəz” “Daçiya”dan çəkinsin.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi