“Kəpəz”in Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan “Daçiya”nın kapitanı Semyon Bulqaru klubun rəsmi saytına müsahibə verib.
Qol.az-ın məlumatına görə, 31 yaşlı müdafiəçi “Kəpəz”lə görüş barədə sualları cavablandıırıb.
- Semyon, oyundan hansı nəticəni gözləyirsən?
- Məncə, kifayət qədər çətin olacaq. Birincisi biz səfərdə oynayacağıq. İkincisi rəqibimiz yaxşı komandadır. Düzdür, eşitmişəm ki, bizi favorit hesab edirlər. Ancaq bu, düzgün deyil. Bunu deyənlər yanılırlar. “Kəpəz” yetərincə güclü komandadır. Üstəlik, onların minlərlə çılğın azarkeşi var ki, ən çətin anlarda komandaya kömək edirlər.
- Bakıdan hansı nəticə ilə qayıtmaq istəyirisiniz?
- Biz bura sərfəli nəticə üçün gəlmişik. Sərfəli nəticə isə qələbədir. Cavab matçını da düşünməliyik. İki oyunun nəticəsinə görə mərhələni keçməyə çalışırıq.
- Matçın favoriti hansı komandadır?
- Açığı, buna cavab vermək çətindir. Biz ancaq rəqibimizin oyunlarının videosuna baxmışıq. Bildiyiniz kimi, rəqiblə üz-üzə gələndə onun gücünü daha yaxşı bilirsən. Düşünürəm ki, şanslar 55-in 45-ə onların tərəfindədir. Çünki oyun rəqib meydançasında olacaq.
"Beşiktaş" onu hədəfə aldı
Musiala 3 gün ərzində ikinci dəfə matç zamanı huşunu itirdi
Bezos “Liverpul”a ortaq oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Meydana çıxmaqdan imtina etdi, intizam işi açıldı
Rodri rəsmən "Barselona"da
Doku sıradan çıxdı
“Mançester Yunayted”in təklifini rədd etdi