Millimizin baş məşqçisi: "Çexiya yığması ilə oyun daha çətin olacaq"

Millimizin baş məşqçisi: "Çexiya yığması ilə oyun daha çətin olacaq"
XƏBƏR 20 Yanvar 2010 / 01:52 2396
-  A +

Futzal üzrə Avropa çempionatının A qrupunda dünən keçirilmiş Macarıstan – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio da Silva fikirlərini bildirib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, baş məşqçi turnirə yaxşı start verdiklərini deyib: «Amma bəzi oyunçularımız meydanın örtüyünə tam öyrəşə bilməyiblər. Rəqibin müdafiə xətti yaxşı oynadı. Çexiya yığması ilə oyun daha çətin olacaq. Çünki bu komandanın heyəti, demək olar ki, bir klubdan formalaşıb. Heyət baxımından hər hansı itkimizin olmaması ən böyük üstünlüyümüzdür».

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...