"Bakı"nın baş məşqçisi Bülənt Qorxmazın jurnalistlərə müsahibəsi
- Komandanız bu gün “Aktobe”yə məğlub olaraq “Birlik Kuboku” turnirini vaxtından əvvəl tərk etdi. Oyun barəsində nə düşünürsünüz?
- Məğlub olduğumuza görə təəssüf hissi keçirirəm. Biz buraya kuboku qazanmaq üçün gəlmişdik. Bakıya kubokla geri dönmək istəyirdik. Amma alınmadı. Hesab edirəm ki, rəqibimiz heç də zəif komanda deyildi. Onlar bizə qarşı layiqli mübarizə apardılar. Etiraf etmək lazımdır ki, “Aktobe” bizdən yaxşı oynadı.
- Komandanın yeni transferləri ümidləri doğrultdu?
- Mən yeni oyunçularımızın uğursuz çıxış etməsi ilə bağlı fikirlərlə razı deyiləm. Biz onları son üç oyunda sınamışıq. Məncə, onlar haqda fikir bildirmək hələ tezdir. İstənilən oyunçunun komandaya uyğunlaşması üçün zaman lazımdır. Ümid edirəm ki, yeni transferlərimiz ölkə çempionatında uğurlu çıxış edərək ümidləri doğruldacaqlar.
- Hesab etmirsiniz ki, yeni transferlərin komandaya uyğunlaşması məsələsi bir qədər bəhanəyə bənzəyir?
- Xeyr, mən bu fikirlə razı deyiləm. Yeni transferlər zəif olsaydılar biz onları komandamıza cəlb etməzdik. Onlara inanırıq. Yeni futbolçularımızın süni örtüklü meydançalarla bağlı təcrübəsi demək olar ki, yox idi. Onlar ilk dəfə idi belə meydançada çıxış edirdilər.
- Düşünmürsünüz ki, “Bakı”nın əsas heyətini bu turnirə gətirməklə səhvə yol verdiniz? Çünki istənilən halda əvəzedici heyət də bu cür nəticə göstərmək gücündə idi.
- Biz bu turnirə iddialı olaraq gəlmişdik. Qarşımıza kuboku qazanmaq məqsədi qoymuşduq. Mən səhv etdiyimiz qənaətində deyiləm.
- Komandaya gəlişiniz zamanı qarşınızda üç hədəf qoyulmuşdu. Artıq bu hədəflərdən biri boşa çıxdı. “Bakı”nın çempionluq və kubok yarışlarında şanslarını necə görürsünüz?
- Kubokda sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, ölkə kubokunu qazanaq. Çempionluğa gəldikdə isə mən bu barədə heç kimə söz verməmişəm. İlk öncə “altılıq”da yer almaq istəyirik. Bundan sonra çempionluq barəsində düşünməyə başlayacağıq.
- Son zamanlar mətbuata qarşı münasibətiniz jurnalistlər tərəfindən yaxşı qarşılanmır…
- Mən hər zaman mediaya hörmətlə yanaşmışam. Ümumiyyətlə, mənə hörmət edən hər kəsə hörmətlə yanaşıram. Həmin insanın jurnalist yaxud adi vəzifə sahibi olmasının fərqi yoxdur. Bu turnirin Azərbaycan xalqı üçün önəmli olduğunu bilirəm. Təəssüflənirəm ki, buraya komandamızı dəstəkləməyə gəlmiş azarkeşlər evlərinə məyus geri döndülər. Biz də Bakıya kubokla qayıtmaq istəyirdik. Deməli, qismət deyilmiş.
- Matç bitdikdən sonra azarkeşlər tərəfindən sizə qarşı kəskin etirazlar oldu…
- Mən azarkeşləri anlayıram. Əgər komanda məğlub olursa, azarkeşlərin etiraz etməyə haqları var. Bu dünyanın hər yerində belədir. Həm futbolçu karyeramda, həm də məşqçilik etdiyim zamanlarda belə şeyləri çox görmüşəm. Bu turnirin Azərbaycan xalqı üçün önəmli olduğunu bilirəm. Təəssüflənirəm ki, buraya komandamızı dəstəkləməyə gəlmiş azarkeşlər evlərinə məyus geri döndülər. Biz də Bakıya kubokla qayıtmaq istəyirdik. Deməli, qismət deyilmiş.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu