«Neftçi» UEFA kubokunun sahibi ilə bir düşərgədə

«Neftçi» UEFA kubokunun sahibi ilə bir düşərgədə
XƏBƏR 19 Yanvar 2010 / 12:49 2445
-  A +

Bakının «Neftçi» klubu artıq iki gündür ki, dünyanın ən bahalı otellərindən biri olan «Mardan Palace»nin idman kompleksində məşqlərini davam etdirir. «Neftçi»ylə yanaşı UEFA kubokunun sonuncu qalibi - Donetskin «Şaxtyor» komandası da bu kompleksdə məskunlaşıb. Bu haqda Qol.Az-a hazırda Antalya şəhərində olan «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov məlumat verib. O, «Şatxyor»un rəsmiləri, məşqçiləri və futbolçuları ilə hər gün qarşılaşdıqlarını, ayaqüstü söhbət etdiklərini deyib. T.Süleymanov Antalyada «Neftçi»yə yüksək səviyyədə şərait yaradıldığını da vurğulayıb. Tahir Süleymanovun sözlərinə görə, bu gün «Neftçi»nin prezidenti Sadıq Sadıqovun da komandanın düşərgəsinə qoşulacağı gözlənilir. T.Süleymanov «Neftçi»nin gündə iki dəfə olmaqla məşq keçdiyini bildirib. Onun sözlərinə görə, bu gün komandaya daha bir neçə legioner futbolçunun qoşulacağı gözlənilir: «Həmin futbolçularla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək». Transfer məsələsində tələsmədiklərini deyən T.Süleymanov Antalyada keçirdikləri dörd yoxlama görüşündən sonra yeni gələn futbolçularla bağlı qərar veriləcəyini söyləyib. T.Süleymanov Antalyada təlim-məşq toplanışında olan Qroznının «Terek» klubunun məşqçisi Şahin Diniyevin və komanda rəsmilərinin «Neftçi»nin məşqinə gəldiyini, klubun rəhbərliyi və məşqçiləri ilə görüşdüyünü deyib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...