"Anji" Azərbaycanın daha bir klubuna uduzdu

XƏBƏR 19 Yanvar 2010 / 11:17 2140
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının "İnter" klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb. Rusiya Premyer Liqasında çıxış edən Mahaçqalanın "Anji" klubu ilə qarşılaşan "İnter" rəqibini 2:0 hesabı ilə məğlub edib. "İnter"in heyətində Danildo Assioli və Aleksandr Çertoqanov fərqləniblər.

Qeyd edək ki, qış fasiləsində "İnter" klubundan "Anji"yə transfer olunan Mahir Şükürov oyunun ikinci hissəsində yeni komandasının heyətində meydana çıxıb.

Xatırladaq ki, "Anji" buna qədər Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"a da uduzmuşdu - 0:1.

 
 
 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...