Joze Alesio da Silva: "Bizim macarlara qarşı heç bir sürprizim yoxdur"

Joze Alesio da Silva: "Bizim macarlara qarşı heç bir sürprizim yoxdur"
XƏBƏR 18 Yanvar 2010 / 21:42 2416
-  A +

Futzal üzrə Avropa çempionatının A qrupunda sabah keçiriləcək Macarıstan – Azərbaycan oyunu ərəfəsində bu gün təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Joze Alesio da Silva matçla bağlı fikirlərini bildirib: «Çoxları deyir ki, Azərbaycan qrupun favoritidir. Ancaq mən belə düşünmürəm. Çünki bizim qrup çox güclüdür. Macarıstan yarışa ev sahibi qismində qatılır. Çexiyanın da çox yaxşı komandası var. Bəzi oyunçularımız zədələndilər. Yeni oyunçuların sifarişi zamanı isə viza və digər sənədlərdə yubanmalar oldu. Sonda yarışa 12 futzalçını aparmaq qərarına gəldik. Bizim macarlara qarşı heç bir sürprimiz yoxdur. Avropa çempionatına həmişə olduğu kimi hazırlaşmışıq. İnanıram ki, qənaətbəxş nəticəyə imza atacağıq». Xatırladaq ki, Macarıstan – Azərbaycan oyunu sabah – yanvarın 19-da, Bakı vaxtı ilə saat 20:30-da Budapeştdəki Papp Laszlo Arenada keçiriləcək.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...