Bəxtiyar Soltanov: “Aktobe”yə qol vurmağı çox istəyirəm”

Bəxtiyar Soltanov: “Aktobe”yə qol vurmağı çox istəyirəm”
XƏBƏR 18 Yanvar 2010 / 19:11 2115
-  A +

“HİK-lə oyunda üstünlük bizim tərəfimizdə olsa da, şanslardan yararlana bilmədik. Bununla belə, hesab edirəm ki, Finlandiya çempionu ilə görüşdə qələbə qazanmağa layiq idik”. Qol.Az-ın Moskvada olan müxbirilə söhbətində bu sözləri “Bakı”nın hücumçusu Bəxtiyar Soltanov deyib. Gənc forvard “Aktobe”nin qapısına qol vuracağına inanır: “HİK-ə qalib gələ bilməməyimizi faciəyə çevirmirik. Çünki heç nə itirilməyib. “Aktobe”yə qalib gəlməklə qrup mərhələsini ilk pillədə tamamlaya bilərik. Özüm də sabahkı oyunda qol vurmağı çox istəyirəm. Komandama fayda vermək üçün bütün gücümü meydanda qoyacağam. İnşallah, vətənə kubokla qayıtmaq istəyirik”.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner