Bülənt Qorxmazdan Azərbaycanın uşaq futbol məqçilərinə sərt ittiham

XƏBƏR 18 Yanvar 2010 / 12:32 2137
-  A +

«Bakı»nın türkiyəli baş məşqçisi Bülənt Qorxmaz Azərbaycanın uşaq futbol məşqçilərinin ünvanına sərt ittiham səsləndirib. Qol.Az-ın məlumatına görə, jurnalistlərlə söhbətdə B.Qorxmaz komandasının düşərgəsində olan azərbaycanlı gənc futbolçular haqda danışarkən deyib: «Mənə elə gəlir ki, uşaq yaşlarında onlara heç nə öyrətməyiblər. Bu məsələ haqda düşünmək lazımdır. Yoxsa “Xəzər Lənkəran” uddu, “Bakı” uduzdu... Gənclərin oyununa baxanda elə təəssürat yaranır ki, sanki onlara uşaq vaxtı məşqçiləri heç nə öyrətməyib. Belə olmaz axı. Bu məsələni qabartmaq lazımdır. Çalışmaq lazımdır ki, bu cür səhvlər gələcəkdə təkrarlanmasın. Əks halda Azərbaycan futbolunun inkişaf etməsi, uğur qazanması daha çətin olacaq».

 


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner