“Bakı”nın futbolçusu “Birlik Kuboku”nun rekordçusu olmağa bir qədər də yaxınlaşdı

“Bakı”nın futbolçusu “Birlik Kuboku”nun rekordçusu olmağa bir qədər də yaxınlaşdı
XƏBƏR 17 Yanvar 2010 / 19:43 2216
-  A +

“Bakı”nın futbolçusu Vadim Borets bu gün “HİK”lə oyunda meydana çıxmaqla “Birlik Kuboku”nda keçirdiyi oyunların sayını 40-a çatdırdı. Qol.Az-ın məlumatına görə, hazırda moldovalı futbolçu turnirin tarixi ərzində ən çox oyun keçirən futbolçuların sırasında Oleq Blaqonadejdinlə birgə ikinci-üçüncü yerləri bölüşür. “Aktobe” ilə görüşdə meydana çıxacağı halda isə Borets artıq “Skonto”nun sabiq futbolçusunu geridə qoyacaq. Turnirdə keçirdiyi oyunların sayına görə isə hazırda lider “Skonto”nun digər futbolçusu Mixail Zemlinskidir. O 46 görüşdə forma geyib. 
Xatırladaq ki, Borets “Bakı”ya qədər “Zimbru”, “Şerif” və “Neftçi”nin heyətində də “Birlik Kuboku”nda forma geyib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner