"Neftçi" Antalyada dörd yoxlama görüşü keçirəcək

"Neftçi" Antalyada dörd yoxlama görüşü keçirəcək
XƏBƏR 17 Yanvar 2010 / 12:11 1856
-  A +

“Neftçi” təlim-məşq toplanışının ilk mərhələsinə son verib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən olan məlumata görə, futbolçular dünən Tofiq Bəhramov adına Respublika stadionunda məşq ediblər. Bundan sonra komanda üzvləri “Musado” otelində bərpa prosesi keçiblər. “Neftçi” bu gün səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə Türkiyəyə yola düşüb. “Mardan” İdman Kompleksində məskunlaşacaq komandamız burada 4 yoldaşlıq oyunu keçirəcək. “Neftçi” yanvarın 19-da “Çernomorets” (Ukrayna), 22-də “Antalyaspor” (Türkiyə), 27-də isə “Amkar”la (Rusiya) qarşılaşacaq. Komandamızın bu ayın 25-də keçirəcəyi yoldaşlıq oyunundakı rəqibi isə hələlik məlum deyil.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...