U-15-dən iki qələbə

XƏBƏR 17 Yanvar 2010 / 01:51 2230
-  A +

Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, «Viersen» klubunun nəzdindəki həmyaşıdlarından ibarət komandaya Nurlan Əhmədovun dublu sayəsində 2:0 hesabı ilə qalib gələn millimiz, Münxenqladbax «Borussiya»sının da müvafiq yaş qrupundan təşkil olunmuş komandasını məğlub edib – 3:0. Bu oyunda qolları Əli Manaflı, Mənsur Nəhavəndi və Nurlan Əhmədov vurub.

Qarabağ FK
Son xəbərlər
topaz banner