Bülənt Qorxmaz: "HİK-lə görüş 1/4 finala vəsiqə uğrunda həlledici olacaq"

Bülənt Qorxmaz: "HİK-lə görüş 1/4 finala vəsiqə uğrunda həlledici olacaq"
XƏBƏR 17 Yanvar 2010 / 01:34 1891
-  A +

“Meydançanın vəziyyəti o qədər də yaxşı deyildi. Oyunçularımın belə qazonda zədə almamasına çox sevinirəm. Nəticə mənim üçün önəmlidir. Turnirə qələbə ilə başlamaq yaxşı haldır”. Qol.Az-ın məlumatına görə, bu sözləri dünən keçirilən “Bakı” - “Vaxş” matçı haqqında danışan komandamızın baş məşqçisi Bülənt Qorxmaz deyib. Qorxmaz bu gün qarşılacaqları Finlandiya HİK-i haqqında da fikirlərini bildirib: “Bu komandanı tanıyıram. Necə oynadığını, oyun sistemini bilirəm. Daha çox uzun ötürmələr, hava mübarizələrinə üstünlük verirlər. Bugünkü görüş 1/4 finala vəsiqə uğrunda həlledici oyun olacaq. İnşallah, qələbə qazanırıq”.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner