"Vaxş" klubunun baş məşqçisi: "Bugünkü matçda heç-heçə də bizi qane edəcək"

XƏBƏR 16 Yanvar 2010 / 12:43 2267
-  A +

“Rəqibimiz “Bakı”nın çox güclü heyəti var. Komanda turnirin əsas favoritlərindən biridir. Amma biz əlimizi yanımıza salmaq fikrində deyilik. Meydana yalnız qələbə qazanmaq üçün çıxacağıq”. Qol.Az-ın Moskvaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu sözləri bu gün Bakı vaxtı ilə saat 14:00-da “Birlik Kuboku” turnirində komandamızın ilk rəqibi olacaq Tacikistan çempionu “Vaxş”ın baş məşqçisi Əsliddin Həbibulloyev deyib. Baş məşqçi bununla belə bugünkü matçda heç-heçənin də onları qane edəcəyini bildirib.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner