Bu gün son ölkə çempionu “Bakı” Moskvada keçirilən XVIII “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” turnirində ilk oyununa çıxdı. Komandamızın rəqibi Tacikistan çempionu “Vaxş”dır. Qol.Az yerli vaxtla saat 14:00-dan etibarən bu matçdan canlı mətn-reportaj yayımladı.
“Bakı” (Azərbaycan) – “Vaxş” (Tacikistan) 2:0
Matç bitdi.
Matçın əsas vaxtına iki dəqiqə əlavə edilir.
88. əziz Quliyev qapıçı ilə təkbətək çıxdı. Top qapının üstündən keçdi.
85. Karabyev qapımıza güclü zərbə vurur. Sissoko möhtəşəm oynadı.
84. Jaba hakimə gərəksiz yerə etiraz edir. Hakim sarı vərəqə göstərir.
81. Jaba cərimə zərbəsindən istifadə edir. Top az fərqlə qapının üstündən keçdi.
Rəqib komandada Yusif Rəbiyevin əvəzinə Abdulkayim Karabayev daxil oldu.
79. Sissoko növbəti dəfə xilas edir qapımızı.
Ramimin əvəzinə meydana Vadim Borets daxil olur.
78. Jaba penaltini vurdu. Qapıçı topu geri qaytardı. Təkrar zərbə... Top qapı tirindən dönür.
77. Jabanı cərimə meydançasında yerə yıxırlar. Hakim penalti təyin edir.
74. Rəbiyev qapıçımız Sissoko ilə təkbətək çıxır. Lakin Sissoko ona aman vermir.
71. Mahmud Qurbanovun əvəzinə meydana Şoliç daxil oldu.
70. Sahib Suvonkulovun əvəzinə meydana Mexrob Zaurbekv daxil oldu.
69. "Bakı" üçüncü qolu vurmalı idi. Jabanın ötürməsindən sonra Adnan Bərəkət qapıçı ilə təkbətək çıxdı. Amma hakim oyundan kənar vəziyyət qeydə aldı.
66. Rəqib komandada Rustam Usmanovun əvəzinə Camilxov Muxitdinov daxil oldu
65. Ramimin zərbəsi qapıdan aralı keçdi.
63. "Bakı" üçüncü qolu vurmağa çox yaxın idi. Lakin Jabanın başla zərbəsi qapının azacıq yanından keçdi.
62. "Vaxş"ın heyətində dəyişiklik: Ruslan Xadcayevin əvəzinə Anvar Markulov daxil olur.
58. Komandamızın heyətində oyunçu dəyişikliyi edilir. Bəxtiyar Soltanovun yerinə meydana Jaba, Rəhman Hacıyevin yerinə isə yeni transfer Adnan Bərəkət daxil olur.
48. QOOOOOLL... 16 yaşlı futbolçumuz Hacı Əhmədov Bəxtiyarın cinah ötürməsini "doqquzluğ"a göndərdi!! Afərin uşaqlar!!!
İkinci hissə başladı.
İlk hissə başa çatdı.
45. İkinci qolu vurmağa çox yaxın idik. Lakin Əziz Quliyevin yaxın məsafədən zərbəsinə qapıçı inanılmaz reaksiya verdi.
44. Elvin Əliyevin zərbəsini qapıçı tutur.
43. QOOOOL. Komandamız hesabı açır.... Cinahdan ötürülən topu Əziz Quliyev başla qapıya göndərdi. Top üst dirəkdən geri döndü. Geri qayıdan topu Fabio qapıdan keçirdi !!!!!!!
38. "Bakı" hesabı aça bilərdi. Mahmudun təhükəli asmasını son anda müdafiəçi küncə çıxardı. Əgər Bəxtiyar topa toxuna bilsəydi, hesab açılacaqdı.
33. Qapımız qarşısında təhlükə yaşandı. Rəbiyevin zərbəsini Sissoko tuta bildi. Afərin Sissoko!!!
28. Bəxtiyarın cinahdan təhlükəli asmasını son anda qapıçı qaytardı.
"Dinamo" manejində komandamızı dəstəkləyənlərin sayısı durmadan artır. Arenada Azərbaycan, Azərbaycan sədalarından qulaq tutulur.
28. Daha bir real qol şansını boşa verdik. Rəhmanın zərbəsi qapının bircə santimerliyindən keçdi.
26. 16 yaşlı hücumçumuz Rəhmanın zərbəsi qapının üstündən keçir.
23. "Bakı" oyunda ən real qol epizodunu boşa verdi. Bəxtiyar Soltanov cinahdan qapıçı ilə təkbətək çıxsa da, zərbəsini qapıçı tutur.
20. Əziz Quliyevin növbəti zərbəsi... Top qapının üstündən keçir.
13. "Bakı"nın yeni transferi əziz Quliyevin başla zərbəsini qapıçı tutur.
11. Mahmud Qurbanov qol vurmağa çox yaxın olur. Təəssüf ki, onun zərbəsi müdafiəçidən geri dönür.
10. Rəqib oyunçu Rabiyevin zərbəsi qapımızın üstündən keçir.
9. "Vaxş"ın müdafiəçiləri səhvə yol verirlər. Lakin Bəxtiyar bu səhvdən yararlana bilmir.
7. "Vaxş"ın hücumu təhlükəli alındı. Lakin yaxşı ki, Akimov 3 metrlik məsafədən dəqiq oynaya bilmədi.
5. "Bakı" ilk dəqiqələrdəcə hesabı aça bilərdi. Təəssüf. Fabio Ramim Mahmud Qurbanovun asmasına başla toxuna bilmədi.
3. İlk dəqiqələrdə oyun əsasən meydanın mərkəzində keçir.
Matç başladı.
Hakimlər: Almir Usatamnv, İlya Barisnikov, Vladimir Volkov, Vyaçeslav Xarlamov
“Dinamo” maneji
"Bakı"nın yeni transferlərindən Kürşat Duymuş, Adriano və Venio bu matçda iştirak etməyəcəklər.
"Bakı" klubunun start heyətində yalnız iki əcnəbi oyunçu var.
Hörmətli oxucular. Saat 14:00-dan etibarən "Dinamo" manejindən canlı mətn-reportajımıza start veririk.
"Bakı": Xalidu Sissoko, Elvin əliyev, Saşa Yunisoğlu, Aleksey Savinov, Cəmşid Məhərrəmov,Əziz Quliyev, Mahmud Qurbanov, Fabio Luis Ramim, Bəxtiyar Soltanov, Hacı Əhmədov, Rəhman Hacıyev
"Vaxş": Farxad Yuldaşev, Akmal Saburov, Aleksey Neqmatov, Asad Nuroloyev, Fatulo Fatulozev, Rustam Xaytayev, Saxib Suvoldulov, Maxmad Ali Sidikosmax, Rustam Usmanov, Numon Xakimov, Yusuf Rəbiyev
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər