“Tvente”nin növbəti sınağı

“Tvente”nin növbəti sınağı
XƏBƏR 15 Yanvar 2010 / 14:22 2266
-  A +

Milli komandamızın hücumçusu Vaqif Cavadovun transfer olduğu “Tvente” klubu bazar günü Hollandiya çempionatında növbəti matçını keçirəcək. Qol.Az-ın məlumatına görə, "Utrext"lə səfərdə baş tutacaq matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Qeyd edək ki, “Tvente” 47 xalla turnir cədvəlinin birinci, “Utrext” isə 30 xalla altıncı pillədə qərarlaşır. Həmyerlimiz Vaqif Cavadov viza işləri ilə əlaqədar Bakıda olduğundan matçı buraxmalı olacaq.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...