“Bakı” bu gün Moskvada ilk məşqinə çıxacaq

XƏBƏR 15 Yanvar 2010 / 11:41 1822
-  A +

Sabah start götürəcək XVIII “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda ölkəmizi təmsil edəcək “Bakı” artıq Moskvadadır. Qol.Az-ın məlumatına görə, çempionumuz “Kosmos” otelində məskunlaşıb. Bu gün “Bakı” Rusiya paytaxtında ilk məşqinə çıxacaq. Komandamızın oyunqabağı son hazırlıq prosesi “Dinamo” manejində baş tutacaq.
Xatırladaq ki, sabah “Bakı” ilk turun oyunu çərçivəsində Tacikistan çempionu “Vaxş”la qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 14:00-da başlanacaq. 

 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...