Milli komandamızın sabiq baş məşqçisi, hazırda «Terek»in əvəzedici heyətinə rəhbərlik edən Şahin Diniyev klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Qroznıdakı iş şəraitindən razılıqla danışıb: «Qroznıda işlər peşəkarcasına qurulub. «Terek» çox ciddi komandadır. Klub üçün hər cür şərait yaradılıb və bizim işimiz burada yüksək səviyyədə işləməkdir ki, bizə göstərilən etimadı doğruldaq. Bu, gəlişi gözəl sözlər deyil. Peşəkar kimi deyə bilərəm ki, burada işləmək üçün yaxşı şərait var. Hər şeydən razıyam. Dünən klubun Kislavodskdakı bazasında oldum. Orada baş məşqçi Vyaçeslav Viktoroviç Qroznı ilə xeyli söhbət etdik. Fikirlərimiz üst-üstə düşür. İstəyirik ki, buradakı gənc futbolçular bir neçə ildən sonra «Terek»in əsas heyətində çıxş etsinlər. Təəssüf ki, Qroznı klubu bir müddət futbol səhnəsində olmadı. 1991-1992-ci il təvəllüdlü futbolçuların arasında istedadlı uşaqlar var. Əgər onlar işlərinə ciddi yanaşsalar, yaxşı məşq etsələr, bir müddətdən sonra «Terek»in əsas heyətində yer ala bilərlər». Həmyerlimiz Qroznı klubunda əvəzedicilərdən başqa, 1991-92 və 1993-94-cü il təvəllüdlü futbolçulardan ibarət iki komanda yaratmağı da planlaşdırır. Qeyd edək ki, «Terek»də Diniyevin köməkçilərindən biri bir müddət Qusarın «Şahdağ» klubunun da formasını geymiş Anzor İsmayılovdur.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"