AFFA hakim-inspektoru 2 illik cəzalandırdı

XƏBƏR 12 Yanvar 2010 / 20:34 1938
-  A +

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, iclasda qurumun hakim-inspektoru Azad Feyzullayevin ötən həftə “Futbol+” qəzetinə verdiyi müsahibə ilə bağlı müzakirələr aparılıb. Onun müsahibədə AFFA və PFL əməkdaşlarının ünvanına iftiralar ataraq, təhqir etməsi bildirilib. Nəticədə İntizam Komitəsi Feyzullayevi 2 il müddətinə AFFA və PFL-in üzvü olan futbol qurumlarında fəaliyyət göstərməkdən məhrum edib. Bundan başqa, komitə futzal üzrə Azərbaycan kubokunun qrup mərhələsi çərçivəsində PSL - “Normikro” matçında baş verənlərə də hüquqi qiymət verib. Həmin görüşdə PSL-in futzalçısı Rüfət Quliyev və “Normikro” oyunçusu Əsgər Əliyev bir-birini vurduğundan, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. Bu hərəkətə görə, hər iki futzalçı 2 oyunluq cəzalandırılıb.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner