Şahin Diniyev “Bakı”nın rəqibinə qarşı

Şahin Diniyev “Bakı”nın rəqibinə qarşı
XƏBƏR 7 Yanvar 2010 / 12:45 2049
-  A +

Yanvar 16-da Moskvada start götürəcək ənənəvi “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku”nda “Bakı”yla bir qrupda yer alan Qazaxıstan çempionu “Aktobe” yeni mövsümün hazırlığını davam etdirir. Qol.Az-ın Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktau təmsilçisi heyətini daha bir futbolçuyla gücləndirmək istəsə də, bu, baş tutmayıb. Adı açıqlanmayan fransalı futbolçu “Aktobe”nin təklifindən son anda imtina edib.
Bu gün isə Qazaxıstan təmsilçisi yeni ildə ilk oyununu keçirəcək. Çempionumuzun rəqibi Türkiyənin aşağı liqa klublarından biri olacaq. Ayın 12-də isə “Aktobe”nin millimizin keçmiş çalışdırıcısı Şahin Diniyevin məşqçi işlədiyi Rusiyanın “Terek” klubu ilə görüşməsi nəzərdə tutulub. Qeyd edək ki, “Aktobe” “Birlik Kuboku”nun hazırlığını yanvarın 14-də başa vuracaq.

 


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...