“Komandamız hazırlıqlarını gündəlik məşqlərlə davam etdirir. Elə bir saatdan sonra növbəti məşq baş tutacaq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Bakı” klubunun vitse-prezidenti Tunc Afşar deyib. Klub rəsmisi komandanın düşərgəsində gözəl ab-havanın hökm sürdüyünü bildirib: “Komandamızın düşərgəsində əhval-ruhiyyə yaxşıdır. Yanvarın 9-da “Karşıyaka” ilə qarşılaşacağıq. Növbəti oyunumuzu ayın 12-də keçirməyi planlaşdırırıq. 99 faiz ikinci hazırlıq matçımız da baş tutacaq. Lakin rəqibin kimliyi hələ məlum deyil”.
T.Afşar “Bakı”nın transfer planlarından da danışıb: “Adriano artıq dünəndən komandamızın düşərgəsindədir. Daha bir futbolçu - Əziz Quliyev də baxışdan keçir. Daha bir yeni transferimiz Venio da sabah klubun düşərgəsində olmalıdır. Bundan sonra yalnız bir və ya iki transfer reallaşdıracağıq. “Ventspilsin” futbolçusu Tsıqırlaşın klubu ilə problemi var. Həmin problemi yoluna qoymasının gözləyirik. Amma yəqin ki, qarşıdakı günlərdə o da Antalyada olacaq. “Karşıyaka” ilə oyunda meydana çıxması mümkündür”.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər