“Olimpik-Şüvəlan”da altı ölkədən altı yeni futbolçu

“Olimpik-Şüvəlan”da altı ölkədən altı yeni futbolçu
XƏBƏR 6 Yanvar 2010 / 18:36 1999
-  A +

Hazırlığını davam etdirən "Olimpik-Şüvəlan" daha bir yoxlama oyunu üçün rəqib tapıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” "Standard"la qarşılaşacaq. Matç yanvarın 10-da "Şəfa" stadionunda keçiriləcək. “Olimpik-Şüvəlan” iki gün sonra isə "Neftçi" ilə Bakıxanov qəsəbə stadionunda qarşılaşmağı planlaşdırır. Hər iki görüşdə baxışa dəvət olunan yeni futbolçuların yoxlanılması da nəzərdə tutulur.Yeri gəlmişkən, artıq bir neçə əcnəbi oyunçunun adları müəyyənləşib. Bu ukraynalı hücumçu Oleq Kovalenko, moldovalı Aleksandr Zuran, belçikalı Yassine Benayiba, litvalı İqnedeus Kazimiçka, serbiyalı Vladimir Jaçkov və Fransa vətəndaşı Qoran Jerkoviçdir.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord