“Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov Bakının “İnter” klubunun və Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynovla danışıqlar apardıqlarını təsdiqləyib. Qol.Az-ın məlumatına görə, Sadıqov açıqlamasında Hüseynovun “İnter”lə müqaviləsinin başa çatdığını bildirib. Onun sözlərinə görə, danışıqlar baş tutsa, 22 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”a pulsuz başa gələcək. Baş məşqçi qısamüddətli hərbi xidmətini başa vurduqdan sonra Bakıya qayıdan futbolçunu yanvarın 9-dək sıralarına qatmaq istədiklərini bildirib: “Həmin gün biz məşqləri bərpa edəcəyik. İstəyirik ki, Bakıda keçirəcəyimiz təlim-məşq toplantısı zamanı futbolçularımızın nəyə qadir olduqlarını nəzərdən keçirək. Ona görə də Cavidlə danışıqların yaxın günlərdə yekunlaşmasında maraqlıyıq. Ona təklif etdiyimiz şərtləri açıqlamaq istəməzdim. Məncə, Hüseynov üçün ən böyük şərt “Neftçi”də oynamasıdır”. Sadıqov digər yerli futbolçuların da “Neftçi”yə təklif olunduqlarını bildirib. Lakin öz klubları ilə müqavilə müddəti başa çatmadığı üçün onları paytaxt klubu öz heyətinə cəlb etməyə tələsmir: “Biz həmin futbolçulara əvvəlcə öz klubları ilə problemləri yoluna qoymasının gərəkliyini söyləmişik. Yalnız bundan sonra onların klubumuza keçidinə baxıla bilər”. Yanvarın 12-də “Olimpik-Şüvəlan”la yoldaşlıq görüşü keçirəcək “Neftçi” bir sıra əcnəbi futbolçuları da sınaqdan çıxaracaq. Lakin baş məşqçi onların adlarını və təmsil etdikləri ölkələri açıqlamayıb.
Mənbə: lent.az
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər