«Qarabağ» Qurban Qurbanovun «Qalatasaray»ın düşərgəsində olmasıyla bağlı rəsmi açıqlama yaydı

«Qarabağ» Qurban Qurbanovun «Qalatasaray»ın düşərgəsində olmasıyla bağlı rəsmi açıqlama yaydı
XƏBƏR 6 Yanvar 2010 / 12:56 2156
-  A +

«Qarabağ» klubu Qurban Qurbanovun İstanbulun «Qalatasaray» komandasına təcrübəyə getməsilə bağlı rəsmi açıqlama yayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu tədbir iki klub arasında münasibətlərin yeni inkişaf mərhələsidir. Artıq Qurban Qurbanov «Qalatasaray»ın dünən baş tutmuş iki məşqini izləyib. Komandanın çalışdırcısıyla ilk olaraq «sarı-qırmızılı»ların vitse-prezidenti Adnan Sezgin görüşüb. A.Sezgin azərbaycanlı qardaşlarıyla birgə iş görməkdən qürur duyduqlarını bildirib. Səfər çərçivəsində bir sıra tədbirlər nəzərdə tutulub. Qurbanov «Qalatasaray»ın təlim-məşq keçəcəyi Antalyada həftəsonuna qədər qalacaq.
Qeyd edək ki, Qurban Qurbanovun «Qalatasaray»da təcrübə keçməsilə bağlı ilk xəbəri Qol.Az yayıb.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord