Milli komandamız Türkiyəyə uduzdu

Milli komandamız Türkiyəyə uduzdu
XƏBƏR 6 Yanvar 2010 / 19:00 3448
-  A +

Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, millimiz Türkiyəylə qarşılaşıb. Oyun Bakı vaxtıyla saat 17:00-da başlanıb. Matça fəal başlayan rəqibimiz 23-cü dəqiqədə hesabı açıb. İkinci hissənin əvvəlində millimizin qapısında növbəti qolu görüb. Sona 6 dəqiqə qalmış millimiz daha bir zərbə alıb. Son dəqiqələrdə 10 nəfərlə qalmasına baxmayaraq, millimiz 90+1-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. Yekun nəticədə rəqibinə 1:2 hesabıyla uduzan millimiz turnirin finalına çıxmaq şansını itirib.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner