Aleksandr Malıgin "Simurq"un məqsədləri və gələcək karyerası haqqında danışdı

Aleksandr Malıgin "Simurq"un məqsədləri və gələcək karyerası haqqında danışdı
XƏBƏR 6 Yanvar 2010 / 01:02 2715
-  A +

"Simurq"un ukraynalı müdafiəçisi Aleksandr Malıgin komandasının Premyer Liqada qarşısına qoyduğu məqsədlər və gələcək karyerası haqqında danışıb. Qol.Az-ın UA-Futbol-a istinadən verdiyi məlumata görə, futbolçu ikinci dövrədə qarşılarında duran əsas məqsədin ilk "altılığ"a düşmək olduğunu bildirib: "Altılığ"a düşdükdən sonra, Avrokuboklarda mübarizə aparmağa vəsiqə qazanmaq üçün ilk "üçlük" uğrunda mübarizə aparacağıq". Malıgin "Simurq"la müqaviləsinin mövsümün sonunda başa çatacağını deyərək bildirib ki, komandada qalıb-qalmayacağına hələlik qərar verməyib: "Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Bununla belə istərdim ki, gələcəkdə öz vətənimə qayıdım. Ailəmin yanında olmaq istəyirəm".

Qarabağ FK
Son xəbərlər
topaz banner